banner
banner

Gündəm

Devalvasiya AZAL qiymətlərinə necə təsir etdi?

Devalvasiya AZAL qiymətlərinə necə təsir etdi?

Bu gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin həyata keçirdiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.

Cia.az-ın məlumatına görə, AZAL-dan report-a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb:

“Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğundan, biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”.

Qeyd edək ki, 2006-ci ildən başlayaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası - avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri - Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir.

Xatırladaq ki, bu gün Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə bu gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.