banner
banner

Sosİal

“Pensiya və müavinətlər artırıla bilər” - Maliyyə Nazirliyi

“Pensiya və müavinətlər artırıla bilər” -

“Manatın məzənnəsinin enməsi ilə bağlı olaraq, 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

M.Piriyev deyib ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır.

Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur.

Eyni zamanda bildiririk ki, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının inflyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcəkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.