"Kösəm Sultan" serialında daha bir sürpriz olacaq - video
İstədiyi reytinqi əldə edə bilməyən "Möhtəşəm yüz il: Kösəm Sultan"ın yaradıcı heyəti təşvişə düşüb. Baş rollarında Hülya Avşar, Ekin Koç kimi ulduzların yer aldığı ekan işi mövsümə iddialı başlasa da, gözləntiləri tam doğrultmayıb. Bu səbəbdən, 13-cü seriyada çəkilişlərə qatılacağı planlaşdırılan Beren Saat 7-ci seriyada tamaşaçı qarşısına çıxacaq. Ölkə xaricinə satıldığı üçün yayımı dayandırıla bilməyən serialın prodüserləri B planını işə salıblar. Hazırda onlar serialda Sultan Ahmetin oğlu Gənc Osmanı canlandırmaq üçün axtarışlara başlayıb. Bir müddət sonra seriala daxil olacağı gözlənilən obraz üçün birinci təklif Kərəm Bürsinə edilib. Ancaq Bürsinin başqa serialla müqaviləsi olduğu üçün alınmayıb. Ondan sonra isə iki sürpriz, məşhur aktyorla danışıqlar başlayıb. Həmin şəxslərin kimliyi isə hələ bəlli deyil.
Bu arada Beren Saatın iştirak edəcəyi seriyanın yeni, üçüncü treyleri yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.