Bakıdan Sumqayıta getmək istəyən sərnişinlər bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlərdən biri də sərnişin daşıyan mikroavtobus sürücüləri tərəfindən qiymətlərin süni şəkildə artırılmasıdır.
CİA.Az xezerxeber.com-a istinadən xəbər verir ki, axşam olan kimi Bakının 20 Yanvar dairəsindən mikroavtobuslarla Sumqayıta gediş qiymətləri qalxır. 50 qəpik ödəməli olan sərnişinlərdən 1 manat tələb olunur.Süni qiymət artımı sərnişinlərin sıxlaşmasından sonra özünü göstərir. Sərnişinlər də soyuqda gözləməmək üçün məcbur olaraq 1 manat ödəyirlərGündəlik Bakı-Sumqayıt yolunu gəlib gedənlər nəqliyyat xərclərinin artmasından narahatdır.
Nəqliyyat Naziriliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, vəziyyətdən xəbərləri var və süni qiymət artıran sürücülərə qarşı mübarizə tədbirləri həyata keçirilir və bu sürücülər cəzalandırılacaq. Üstəlik 20 Yanvar dairəsindən Sumqayıta avtobus və mikroavtbusların hərəkəti qadağandır. Sumqayıta avtobuslar Beynəlxalq Avtovağzaldan çıxmalıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.