Xəbər verdiyimiz kimi dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi məqsədilə müvafiq əmrlər imzalayıb. Nazirin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
CİA.Az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar müəllimi olan Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində doğulub. 1990-cı ildə Bakı Slavyan Universitetini bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhərindəki 190 saylı məktəbdə başlayıb.
2003-2008-ci illərdə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində işləyib.
28 aprel 2008-ci il tarixindən bu günədək Zərifə Əliyeva adına liseydə rəhbərlik edirdi. Ailəlidir. İki övladı, 1 nəvəsi var.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.