banner
banner

Sosİal

Ərdoğan Dəmirtaşı "vətənə xəyanət"də suçladı

Ərdoğan Dəmirtaşı "vətənə xəyanət"də suçladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd siyasətçi Səlahəddin Dəmirtaşın kürd muxtariyyəti çağırışını “vətənə xəyanət” adlandırıb.
“Həmsədrin etdiyi xəyanət və provokasiyadır”, -deyə Ərdoğan Xalq Demokratiya Partiyasının (HDP) həmsədri Dəmirtaşa istinadən bildirib.
Xatırladaq ki, həftə sonu HDP və digər kürdpərəst qruplar Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgələrində özünü idarəetməyə çağırış ediblər.
Türkiyə prokurorluğu həmin şərhlərlə əlaqədar istintaqa başlayıb.
Türkiyə hərbiyyəsi özünü idarəetmə uğrunda mübarizə aparan üsyançı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatlar həyata keçirir.
Ordunun bildirdiyinə görə, onlar indiyə qədər 200-dən çox PKK silahlısını məhv ediblər.
 
Onu da xatırladaq ki, PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən “terrorçu” təşkilat kimi tanınır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.