72 yaşlı Nebahat Çehreyə gözlənilməz iddia - fotolar
Aktrisa Nebahat Çehre küçədə bir səyyar satıcının gözlənilməz iddiası ilə qarşılaşıb. Məkanlardan birindən çıxarkən paparassiləri görən 72 yaşlı aktrisa makiyajını təzələyərək fotokameralar qarşısına keçib. Jurnalistlərlə söhbət edərkən yaşlı bir satıcı Nebahata yaxınlaşaraq "sən mənim uşaqlıq dostumsan. Biz səninlə uşaqlıq sevgilisiyik" deyib. Aktrisa özünü itirərək "bu necə olar bilər ki, mən səni tanımıram" cavabını verib.
Avtomobilin arxasıyca düşən kişini Çehrenin sürücüsü və jurnalistlər uzaqlaşdırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.