Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər.
Cia.az azadliq.org-a istinadən xəbər verir ki, Diyanət Vəqfi verdiyi qərarı belə əsaslandırıb: “Cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə – eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir”.
Qurum cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir. Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.