banner
banner

Sosİal

Bakıda 2 qadın doğuş vaxtı öldü- DƏHŞƏT

Bakıda 2 qadın doğuş vaxtı öldü-

Bakıda 2 qadın doğuş vaxtı dünyasını dəyişib. Cia.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində Bakı Sağlamlıq Mərkəzində təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşib. Həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.
Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında da baş verib. Reanimasiya şöbəsində 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.
Belə ki, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.