Aktrisa Ezgi Mola jurnallardan birinə müsahibə verib. ”Kocan kadar konuş: Diriliş” filminin həyəcanını yaşayan aktrisa sevməkdən utandığını deyib: “Aşiq olmuşam”ifadəsi məni hər zaman utandırır”.
Ezgi onun həyatına hər zaman müdaxilə edən ailəsindən də danışıb:
“Əlindən gəldiyi qədər mənə dəstək olmağa çalışan,bunun üçün də bütün həyatıma qarışan, üstəlik buna haqq qazandıran bir ailəm var”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.