banner
banner

Sosİal

"Netflix" Azərbaycanda fəaliyyətə başladı

"Netflix" Azərbaycanda fəaliyyətə başladı

"Netflix" striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.
"Report" "Forbes"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda "Consumer Electronics Show" (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.

"Netflix"dən istifadənin Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə və İndoneziya sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam", — deyə Hastinqs qeyd edib.

O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.

Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.

"Biz ödənişləri bank kartları ilə qəbul edirik", — deyə o bildirib.

Amerikanın "Netflix" striminq video xidməti abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. 1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s) fəaliyyət göstərir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.