banner
banner

Gündəm

Kredit borcuna görə özünü yandırdı - DAHA BİR BANK FƏLAKƏTİ

Kredit borcuna görə özünü yandırdı -

Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bu gün səhər saatlarında özünü məktəbin qazanxanasında yandırıb.

Virtualaz.org saytının Neftçala şəhər sakinlərindən əldə etdiyi məlumata görə, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş.Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri alan Alik Novruzov hazırda Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun yaşamaq şansının çox az olduğunu deyiblər.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.