Bakıda 1998-ci ildən fəaliyyət göstərən məşhur irland pivə barı Finnegan's fəaliyyətini dayandırdığını elan edib.
Bu haqda barın Facebook səhifəsində məlumat verilir. “Əziz dostlar, 17 il işlədikdən sonra biz fəaliyyətimizi dayandırmalı olduq”- barın administrasiyası elanda bildirir.
Finnegan's pivə barı Bakının ən bahalı və elit pablarından biri hesab edilirdi. Finnegan's pabını Azərbaycana gətirən isə 90-cı illərin ortalarında BP başda olmaqla xarici neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” olmuşdu. Bu müqavilə çərçivəsində Azərbaycanda fəaliyyətə başlayan Qərb neft şirkətləri Bakıda öz ofislərini açırdılar və “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən layihələrdə işləmək üçün minlərlə ingilis, irland, şotland neft işçiləri ölkəyə axışırdı.
Bunlar bir qayda olaraq 10-15 min dollar maaş alan mühəndislər və on minlərlə dollar maaş alan menecerlər idi. Lakin həmin vaxtlar xaricilər üçün Bakıda neft dollarlarını xərcləyib əylənməyə yerlər az idi və belə bir vaxtda İrlandiyanın Finnegan's pablar şəbəkəsi Azərbaycan paytaxtının mərkəzində özünün pivə-barını açdı. Həmin vaxtdan pab müştəri sarıdan qətiyyən qıtlıq çəkmirdi, orada məxusi olaraq İrlandiyadan və digər ölkələrdən gətirilmiş məşhur markalardan pivələr satılırdı. Müştərilər canlı musiqinin sədaları altında çəlləkləri boşaldırdılar. İndi isə görünür neftin ucuzlaşması Finnegan's pabını da Azərbaycanı tərk etməyə məcbur edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.