“Qızıl Məryəm”in ərinin döyüş yoldaşı: “25 il qabaq boşanmışdılar...”
Yanvarın 5-də evində qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadə Qarabağ qazisi olan həyat yoldaşı Mehman Hüseynovdan hələ 25 il əvvəl boşanıb.
Bu barədə Publika.az-a Mehman Hüseynovun döyüş yoldaşı olmuş Arif İsmayılov danışıb: “Mehman Milli Ordumuzun Şıx batalyonunun ilk könüllülərindən olub. Batalyonun tağım komandiri idi. Səhv etmirəmsə, Qarabağ müharibəsinə yollananda xanımından boşanmışdı. Müharibədən sonra Bakıda kirayədə qalırdı. Ötən ilin 12 mayında ürəktutmasından kirayədə yaşadığı evdə dünyasını dəyişdi”.
Arif İsmayılov qeyd edib ki, Mehman Hüseynovun Məryəm Namədzadə ilə evliliyindən Günel adlı qızının dünyaya gəlməsindən məlumatsızdır: “Nizami rayonunda onun hüzr mərasimi keçirildi. Orda bir oğlanı da gördük. Dedilər, bu, rəhmətliyin boşadığı arvadındandır. Hüzr mərasimində onun cəmi 5-6 qohum-əqrəbası iştirak etdi”.
Xatırladaq ki, "Qızıl Məryəm"in oğulluğu Kamran Hüseynov mətbuata açıqlamasında Məryəmin onun ögey anası, Günelin isə ögey bacısı olduğunu bildirib: “Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdu. Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qayınanasına – Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi”.
Qeyd edək ki, Məryəm Namədzadənin keçmiş həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir.
Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonunun ilk könüllülərindən idi və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərərkən sursatları bitən əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyyətdə əsir düşüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.