“Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev yeni təyinat həyata keçirib.
CİA.az mia.az-a istinadən xəbər verir ki, E. Pirverdiyev Mehman Şamilovun rəisi olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəisi olduğu Yüksək Gərginlikli Elektrik Verilişi Xətlərinin Quraşdırılması İdarəsini, gürcü əsilli Ronaldın rəisi olduğu və “Azərenerji”inin dövlət əhəmiyyətli layihələrin icra edilməsi idarəsini və həmçinin tələbə yoldaşı Əbülfət Kamilovun rəisi olduğu Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsini ləğv edib. Ləğv edilən idarələrin bazasında yeni qurum – Elektrotexniki Avadanlıqların Quraşdırılması İdarəsi yaradılıb. Saytın məlumatına görə, E. Pirverdiyevin digər əmri ilə tələbə yoldaşı olan Əbülfət Kamilov bu idarəyə rəis təyin edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.