banner
banner

Sosİal

“Əfv siyahısında Leyla Yunusun da adı var” - Hüquq müdafiəçisi

“Əfv siyahısında Leyla Yunusun da adı var”

“İşçi qrupunun bu günlərdəki işi sırf əfvlə bağlıdır. Daxili işlər naziri Ramil Usubovla görüşmüşük. Bu günlərdə baş prokuror Zakir Qaralovla da görüşəcəyik”.

Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, onların hazırladığı siyahıda 27 nəfərin adı var:
“Nəzərdə tutduqlarımızın hamısının adını yazmışıq, jurnalistlərimiz də onların içindədir. Siyahıda “NİDA”çıar, Tofiq Yaqublu, İlqar Məmmədov, Rauf Mirqədirov, Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Pərviz Həşimli, Anar Məmmədli, Nemət Pənahov, Bəşir Süleymanlı və başqalarının da adı var”.

Məhkəmə proseslərinin yekunlaşmayanların siyahıya salınmasına gəlincə, Novella Cəfəroğlu deyib: “Bizim borcumuz siyahını hazırlamaqdır, kimlərin əfv olunacağı isə Prezident yanında Əfv Komissiyasının və birbaşa prezidentin səlahiyyətində olan məsələdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.