Neftçalada təsadüfən Kürə düşən qadın xilas edildi
Neftçala rayonunun 37 yaşlı Şorkənd sakini Əliyeva Elnarə Səttar qızı bu gün səhər saatlarında Kür çayının bəndi üzərində piyada gedərkən ayağı sürüşərək suya düşüb və batma təhlükəsi ilə üzləşib.
Xoşbəxtlikdən FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin yaxınlıqda yerləşən məntəqəsinin dalğıc-xilasediciləri onu sudan çıxararaq xilas edə biliblər.
FHN-in yaydığı açıqlamaya görə əməliyyat saat 09:13-də başa çatıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.