Cennifer Lopezin 200 karatlıq almazı, möhtəşəm libasları - FOTOLAR
Dünən baş tutan "Golden Globe" ("Qızıl Qlobus") mükafatlandırma mərasimindən sonra ulduzlar partiyə yığışıblar. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə diqqət 46 yaşlı müğənni və aktrisa Cennifer Lopezin üzərində olub. O, mükafatlandırma mərasiminə geyindiyi sarı libasdan və 200 karatlıq almaz aksesuarlarından sonra "afterparty"də ağ libasda görünüb.
Yenə də rəqqas sevgilisi Kasper Smartla yanaşı olan Cey Lo digər ulduzlarla yaxın münasibəti ilə də seçilib.
O, gecədə "ən yaxşı serial aktrisası" nominasiyasını qazanan həmkarı Ledi Qaqa, Ceyson Stethem və Keyt Kadsonla deyib-gülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.