banner
banner

Sosİal

Bir neçə rayonda aksiya olub

Bir neçə rayonda aksiya olub

Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.

Cia.az APA-ya istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

***

Analoji aksiyalar Füzuli və Ağsu rayonlarında da olub. Füzulidə baş verən aksiya artıq başa çatıb. İcra hakimiyyətinin rəhbərliyi yanvarın 15-də əhali ilə görüşəcəyini və onların problemlərini dinləyəcəyini bildirib.

***

Musavat.com-un məlumatına görə, Ağsu rayonunda da aksiya olub. İcra başçısı aksiya iştirakçılarının bir qismi ilə görüş keçirib.

Aksiyaların keçirilməsinə səbəb ərzaq məhsullarının qiymətinin qalxması, kredit borcları və digər sosial problemlərdir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.