banner
banner

Gündəm

“Saxlanılanlar etiraf edib ki, içkili olublar” - Siyəzənin deputatı

“Saxlanılanlar etiraf edib ki, içkili olublar” -

“Siyəzəndə baş verən etirazın qiymət artımı və kütləvi işdən ixtisar olmalar ilə heç bir əlaqəsi yoxdur. Bu hadisə sırf AXCP-nin orada törətdiyi təxribatdır. Artıq bunu öyrədilərək iğtişaş yaratmağa sövq edilən və polis tərəfindən saxlanılan yeniyetmələr də ifadələrində etiraf ediblər”.

Cia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında rayonun deputatı Tahir Süleymanov deyib.
T. Süleymanovun sözlərinə görə, Siyəzəndə unun qiyməti qalxmayıb və sakinlərin də bununla bağlı heç bir narazılığı yoxdur: “Mən ayın 12-dən Siyəzəndəyəm. Burada ağsaqqallarla görüşürük və məsələni aydınlaşdırırıq. Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat yaramaq istədilər ki, hazırda onlar saxlanılıblar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və həmin şəxslər tərəfindən öyrədiliblər. Yəni onlar camaatı bu yolla aldadıblar. Biz də camaata izah etdik ki, bu, mitinqlə, aksiya ilə borc, kredit problemləri həll olunmur. Bunu yığışaq Yeni Azərbaycan Partiyasının qərargahında müzakirə edək. İndi hazırda hamı dağılışıb və rayonda sakitlikdir”.

T. Süleymanov etirazların əsas səbəbinin ona məxsus olduğu bildirilən “Siyəzən broyler”də kütləvi işçi ixtisarı ilə bağlı olması xəbərlərindən də danışıb: “Əvvəla, o müəssisənin mənə heç bir aidiyyəti yoxdur. Bütün bu xəbərlər tamamilə yalan və iftiradır. Bütün siyəzənlilər bilir ki, ora kimə məxsusdur. Amma bir deputat kimi bilirəm ki, o müəssisənin rəhbərliyində bu yaxınlarda dəyişiklik oldu. Artıq yenidən orada işlər başlayacaq. Ora yeni toyuq cinsləri gətirilib ki, müəssisədə daha çox iş olacaq və tədricən də oradan uzaqlaşdırılanlar hamısı yerlərinə qaytarılacaq. Əlavə işçilər də işə götürüləcək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.