banner
banner

Şou

Telekanallar bu sənətçilərə qadağa qoyub - siyahı

Telekanallar bu sənətçilərə qadağa qoyub -

Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir. 
Axşam.az bununla bağlı kiçik araşdırma aparıb və ortaya maraqlı məqamlar çıxıb. Bəlli olub ki, bəzi tanınmış sənətçilərin müəyyən telekanallara çıxışına icazə verilmir. 

Xalq artisti Nazpəri Dostəliyeva bu siyahıda ilk yeri tutur. Müğənni bir müddət öncə mətbuata açıqlamasında da bildirmişdi ki, ANS və "Region" TV-dən başqa heç bir kanalda çıxışına icazə verilmir.
 
Xalq artisti Flora Kərimovaya isə "Space" telekanalında efir qadağası var. 

Xalq artisti Brilliant Dadaşova "Lider" TV-də qadağa ilə üzləşib. 

Əməkdar artist Röya ilə ANS telekanalı arasında ədavət yaşanır. Bu səbəbdən artıq uzun müddətdir ANS-də Röyanı görmək mümkün deyil. 

Müğənni Roza Zərgərli ATV-də "qadağan olunmuşlar" siyahısındadır. 

Müğənni Ayan Babakişiyevanın da bir neçə telekanala çıxışına icazə verilmir. ATV, "Space" və ANS onun adını "qara siyahı"ya salıb. 

Müğənni-bəstəkar Elçin Cəfərovun da ATV-də görünməyi yasaqlanıb. 

Müğənni Elnarə Xəlilova da ATV və ANS-də "zapret"də olan sənətçilər siyahısındadır. 

Müğənni Natavan Həbibi isə ANS-də "qadağan olunub". 

Rəqqasə Oksana Rəsulovanın da ANS-ə çıxışına icazə verilmir. 

"Bu şəhərdə" aktyorları Rəfael və Coşqun da ANS-də qadağaya məruz qalıblar. 

Müğənni Aslan Hüseynovun isə AzTV-də çıxışına qadağa qoyulub. 

Müğənni Nura Suri "Space"də "qadağan olunmuşlar" siyahısındadır. 

Sevil və Sevinc bacılarının da ATV-də görünməyinə "qadağa" var. Bu, onların rəqib telekanalda - "Xəzər" TV-də aparıcılıq etməsi ilə bağlıdır. 

"Bakılı oğlanlar" komandası da bir müddət öncə açıqlamalarında bütün telekanallarda qadağa ilə üzləşdiklərini bildiriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.