banner
banner

Sosİal

Əhaliyə zərərli kartof satılır

Əhaliyə zərərli kartof satılır

“Təəssüflər olsun ki, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. Hətta insan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə satırlar”.

Cia.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmli bəzi işbazların əhaliyə ucuz qiymətə sırıdığı kartof məhsulunun keyfiyyətindən danışarkən bildirib. Mütəxəssisin sözlərinə görə, əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur. “Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur. Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir”.

Qeyd edək ki, hazırda bazarda yerli məhsullarla yanaşı, Rusiya, Türkiyə, İran, Pakistandan gətirlmiş kartoflar da satılır. Xarici ölkələrdən gətirilən kartof yerli malla müqayisədə nisbətən ucuz qiymətə satıldığından, əhalinin aztəminatlı hissəsi də məhz həmin məhsullardan almağa məcburdur.

Məsələn, indi bazarda keyfiyyətli Gədəbəy və Tovuz kartofunın 1 kq-ı 1 man.-1 man. 20 qəpiyə satıldığı halda, Rusiyadan gətirilən kartofun 1 kq-ı 70-90 qəpiyə təklif olunur. Halbuki ki, xaricdən çox ucuz qiymətə alınan texniki sort kartofun gömrük xərcləri də ödənildikdən sonra kq-ı maksimum 30 qəpiyə satıla bilər. Amma işbazlar bazarda onu əhaliyə dəyərindən dəfələrlə baha sırıyırlar
.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir rayonlarda ən keyfiyyətli və məhsuldar ərzaq kartofu istehsalı mümkündür ki, buna da hökumətin dəstəyi lazımdır.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.