banner
banner

Sosİal

Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsində- REKERTÇİLİK

Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsində-

Yol polisi ilə bağlı şikayətlər mətbuatın gündəmindən düşmür.

Tez-tez sürücülər və Dövlət Yol Polisi əməkdaşları arasında avtomobilin dayandırılması ilə bağlı mübahisələr yaranır. Polis əməkdaşları hərdən öz səlahiyyət hədlərini aşaraq sürücü ilə istədikləri kimi davranırlar və nəticədə müxtəlif söz-söhbətlər yaranır. Bu cür hadisələrdən biri Bakı şəhər sakini, İbrahimov Nizaminin başına gəlib. Vətəndaş redaksiyamıza məktub yazaraq bildirir ki, hadisə 18 gün əvvəl, dekabrın 31-də baş verib: "Dekabrın 31-də saat 21:30 radələrində Qaqarin körpüsünün yaxınlığında öz şəxsi avtomobili ilə mənə yaxınlaşan, Nəsimi Rayon Yol Patrul xidmətinin Rəşad adlı komandiri, heç bir qanun pozuntusu etmədiyim halda, avtomobilimi əlimdən alıb, cərimə meydançasına apardılar. Hadisədən 1 saat keçdikdən sonra Rəşad PPX-nın əməkdaşları vasitəsi iə məndən 600 manat aldıqdan sonra avtomobilimi buraxdılar. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişəm. Şikayətimin nəticəsini gözləyirəm. Hələki baş vermiş özbaşınalığa heç bir cavab gəlməyib".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.