banner
banner

Sosİal

Quba və Siyəzəndə işıqlar sönüb

Quba və Siyəzəndə işıqlar sönüb

Yanvarın 18-i axşam saatlarından əsməyə başlayan güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, rayonun elektrik təsərrüfatına daha çox ziyan dəyib. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.

Dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün Quba rayon elektrik şəbəkəsinin işçi qrupu gecə saatlarından təxirəsalınmaz tədbirlər həyata keçirib. Yüksəkgərginlikli, eləcə də 0,4 kilovoltluq xətlərdə olan problemlərin əksəriyyəti artıq aradan qaldırılıb. Yaşayış məntəqlərinə enerjinin verilişi bərpa olunub.

Güclü külək Siyəzən rayonunda da bir sıra fəsadlar törədib. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev bildirib ki, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb. Bu səbəbdən enerjinin verilişində müvəqqəti fasilə yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.