Yanvarın 21-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin "Alvadı", ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
SOCAR-dan APA-ya verilən məlumata görə, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.