banner
banner

Gündəm

On minlərlə insan ayağa qalxdı - Prezidenti istefaya səsləyirlər

On minlərlə insan ayağa qalxdı -

Moldovanın paytaxtında 10 minlərlə insanın iştirakı ilə antihökumət etirazları keçirilir.

Paytaxt Kişinyovun əsas magistralında hərəkəti dayandırıblar. Etirazçılar daha sonra parlament binasını mühasirəyə alıblar. Şəhərin mərkəzinə reginlardan mikroavtobuslarla etirazçıların axın etdiyi bildirilir.

Hökumət etirazçıları danışıqlar masasında əyləşməyə çağırıb. Nümayişçilər isə baş nazir və prezidentin istefasını, həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Moldova Baş prokurorluğu isə parlament binası qarşısında qarşıdurma yaradanlara qarşı cinayət işinin açıldığını elan edib.

Qeyd edək ki, etirazlar dünən Moldova parlamentində yeni hökumətin təsdiq edilməsi prosesi zamanı başlayıb. Müxalifətin yüzlərlə tərəfdaşı yeni kabineti qanunsuz hesab edərək hökumət binasına hücum ediblər.

On minlərlə insan ayağa qalxdı -  Prezidenti istefaya səsləyirlər
On minlərlə insan ayağa qalxdı -  Prezidenti istefaya səsləyirlər

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.