banner
banner

Sosİal

Azərbaycanda reseptlərlə bağlı yeni qanun

Azərbaycanda reseptlərlə bağlı yeni qanun
“Dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”. 
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O bildirib ki, Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib: 
“Qaydaların tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti daşıyırlar. Eyni zamanda, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə təsdiq edilmiş qaydalara riayət edilməsi tapşırılıb”. 
L. Bayramova qeyd edib ki, təsdiq edilmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydalar”ına görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) qeyd edəcəklər: 

“Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək. Lakin yenə qeyd edirəm ki, dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.