Müğənni İrem Derici və radio aparıcısı Rza Esendemir barışıb. Bir neçə gün əvvəl İnstaqramda birgə fotolarını silərək bir-birini izləməni də dayandıran cütlüyün boşanacağı iddia edilmişdi. Eyni evdə yaşasalar da, küsülü olduqları, İremin depressiyaya düşərək yeməkdən imtina etdiyi deyilirdi.
Boşanma xəbərlərinə səssiz qalan ikili dünən barışıqlarını nümayiş etdiriblər. Menecer Özgür Aras Tvitterdə İ.Dericiyə "Mahnılara qulaq asmağa gəlirəm, yeznə manqalı yandırar?" yazıb. Ardıyca İrem ərini də işarələyərək "Gəl, sənin üçün evi də yandıraram" cavabı verib.
Fanatları isə ikilinin boşanma xəbərlərini "reklam" adlandıraraq bunu İremə yaraşdırmadıqlarını bildiriblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.