Teleaparıcı və media-holdinq rəhbəri Acun İlicalı "Survivor" verilişinin xususi buraxılışını hazırlayır.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Acun "Survivor All Star" üçün seçimlərə başlayıb. Bu dəfə əvvəlki buraxılışlarda iştirak edən ən maraqlı ulduzlar ekzotik adalardan birində yarışacaqlar.
Acun İlicalı bu məqsədlə birinci təklifi müğənni Nihat Doğana edib. "Survivor"un ən çox müzakirə olunan ulduzlarından biri olan Nihat öz məşhurluğuna arxayın olaraq bunun qarşılığında Acundan 500 min manat (1.5 milyon lirə) istəyib.
Deyilənlərə görə, rəqəm çox yüksək olduğu üçün Acun təklifindən vaz keçib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.