banner
banner

Gündəm

“MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməli, ANS isə ..” - Qulu Məhərrəmli

“MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməli, ANS isə ..” -
Media eksperti Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-də yayımlanan "Hesabat" verilişinin efirə getməsini dayandırması və daha sonra qərarını dəyişməsinə münasibət bildirib. 
 
Musavat.com saytına açıqlama verən ekspert qeyd edib ki, “Hesabat” verilişinin yayımının davam etdirilməsi müsbət  haldır: “Kimin haqlı olduğunu araşdırmağa başlasaq, çox dərinliyə gedib çıxacağıq. Bir televiziya adamı olaraq ANS-in populyar verilişlərindən birinin yayımının bərpa olunması mənim üçün önəmlidir. “Hesabat”ın yayımını davam etdirməsi müsbət hadisədir. Gələcəkdə həm televiziya diqqətli olmalıdır, həm də MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməlidir. Önəmli olan MTRŞ ilə ANS arasındakı  münasibətlərin normal məcraya yönəlməsidir. Onların işgüzar əməkdaşlığı olmalıdır. Aralarındakı gərginliyin artması yaxşı heç nə vəd etmir. Bizim üçün önəmli nəticə “Hesabat”ın yayımlanmasıdır. Hazırda ictimai-siyasi verilişlərdə qeyri-peşəkarlıq və məhdudiyyət var.  Bu verilişin bağlanması  mənzərəni daha da tündləşdirərdi.  Verilişin davam etməsi yaxşı hadisədir”
 
Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanal rəhbərliyinin səmimi etirafını nəzərə alaraq, "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul ediblər.
 
MTRŞ-nın qərarı ilə bağlı saytımıza açıqlama verən ANS Şirkətlər Qrupunun prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, qərar dəyişikliyinə Nuşirəvan Məhərrəmli aydınlıq gətirməlidir:"Nuşirəvan Məhərrəmliyə zəng edib soruşun ki, niyə verilişin yayımının dayandırılması barədə verdiyi əmri geri çəkdi? Mən bu haqda nə deyə bilərəm? Şükür Allaha ki, bizdə demokratiya var. Veriliş bağlandığı kimi açıldı. Biz nə etmişik? Xalq düşməniyik, ya partlayış törədirik? Jurnalistik və yazırıq. Mən bilən o quruma rəhbərlik edən adam jurnalistikaya uzaqdır. Mənim fikrim belədir".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.