Dünya şöhrətli kanadalı müğənni Selin Dion əri və meneceri Rene Ancelilin dəfnindən sonra qardaşı Danielin dəfn mərasiminə qatılıb.
Axşam.az-ın “Dailymail”ə istinadən məlumatına görə, kanadalı ifaçı mərasimdə anası və bacısı ilə birlikdə iştirak edib. Dəfnə Daniel Dionun qohumları və ailə dostları qatılıblar. Selinin oğlanları isə dayıları ilə vida mərasiminə gəlməyiblər.
Xatırladaq ki, yanvarın 14-də Selin Dionun 73 yaşlı əri və meneceri Rene Ancelil, 17-də isə qardaşı Daniel Dion vəfat edib. Onların hər ikisi xərçəngdən dünyasını dəyişib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.