banner
banner

Gündəm

Məmur xanımının Türkiyədə aldığı 16 villa: Yeni məlumatlar

Məmur xanımının Türkiyədə aldığı 16 villa:
Yanvarın 24-də ölkə gündəmini zəbt edən sensasion bir məlumat yayıldı. Azərbaycanlı bir xanımın Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa alması mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu. 
 
Məlumatı sensasion edən isə 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin həyat yoldaşı olmasıdır. Onun həyat yoldaşı SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevdir. 

Musavat.com bu məlumatdan sonra internet resurslarının köməyi ilə kiçik bir araşdırma aparıb.
 
"Parselsorgu.tkgm.gov.tr" saytından bu villaların həqiqətən də K.Mehdiyevaya məxsus olub-olmadığını öyrənmək və əlavə bilgilər əldə etmək mümkün oldu. 
 
Bu sayt Türkiyə Elm Texnologiya Birliyi, Coğrafi Məlumat Sistemləri İdarəsi və Mülk Sənədləri İdarəsinin birgə layihəsidir. Bu rəsmi sayt vasitəsi ilə torpaq sahəsi alan hər bir kəs buradan aldığı mülkün onun adına rəsmiləşdirilib - rəsmiləşdirilmədiyini, ona təqdim olunan sənədlərdə göstərilən məlumatların doğru olub-olmadığını yoxlaya bilir.
 
Bu internet resursunda göstərilən bütün məlumatlar rəsmi məlumatlardır. Və bu məlumatlardan yalnız mülk sahibləri onlara verilən rəsmi sənədlərdə göstərilən şifrələrdən istifadə edərək bilgi ala bilirlər. 
 
K.Mehdiyevanın mülkləri haqda yayılan sənədlərdəki məlumatlardan (özəl kodlardan) istifadə edərək bu saytdan bəzi yeni məlumatlar öyrənə bilirik. “Tapu sənədi”ndə göstərilən məlumatlardan istifadə edərək azərbaycanlı məmur xanımının aldığı dəniz kənarındakı 16 yanbayan villaları görmək mümkündür. 
 
Rəsmi saytda göstərilən məlumatda, villaların hansı ərazidə olması, nə qədər sahəni əhatə etməsi qeyd edilir. Məsələn, villalar Muğlanın Bodrum rayonunda, Gökçebel qəsəbəsindədir. Rəsmi sənəddə 16 ikimərtəbəli villanın olduğu qeyd edilir. Ümumi sahəsi isə 12 621.71 kvadratmetrdir.
 
Həmçinin onu da qeyd edək ki, yayılan rəsmi sənədlərdə bir villa ərazisi üçün ödənilən məbləğin 200.000 türk lirəsi olduğu göstərilir. Ümumilikdə isə hesablasaq 16 villa ərazisi üçün bu məbləğ 3 milyon 200 min türk lirəsi edir. İnternet resurslarında isə bu bölgədə lüks villaların qiyməti 650-750 min türk lirəsi olaraq göstərilir. 2014-cü ilin məzənnəsi ilə hesabladıqda 16 villaya ödənilən məbləğin 20 milyon dollar yox, maksimum 6.5 milyon dollar (təxminən 5 milyon manat) olduğunu deməyə əsas var.
 
 
 


 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.