Parisdə baş tutan moda həftəsində ən tanınmış modellər podiuma çıxıblar.
İrina Şeyk, Rozi Hantinqton-Uaytli, Nataşa Poli, Lara Stoun, Behati Prinslu "Versace" libaslarını nümayiş etdiriblər. Sonda isə fələstinli gözəl Cici Hadid izləyici qarşısına çıxaraq dəfiləni bağlayıb. "Versace Atelier"in rəhbəri Donatella Versaç da podiuma çıxaraq hər kəsə təşəkkür edib.
Gecənin diqqət çəkən gözəllərindən biri rus model İ.Şeyk olub. Hollivud ulduzu Bredli Kuperlə sevgili olan 30 yaşlı model Paris küçələrində gəzərkən də görüntülənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.