Modelyer Nur Yerlitaş "İşte benim stilim"e geri dönür. Yarışmanın 3-cü mövsümündən sonra proqramı çəkən şirkətlə aralarındakı anlaşılmazlığa görə münsif kürsüsündə əvəz olunan Yerlitaş Star TV ilə müqavilə bağlamışdı. Münsiflər heyətindəki həmkarı Kemal Doğulu ilə birgə dəb yarışmasından ayrıldıqdan sonra onların yerinə stilistlər Neslihan Yarqıcı və Hakan Akkaya gəlmişdi. Ancaq "İşte benim stilim"in "Məşhurlar" mövsümü reytinqlərdə xal qazana bilmədiyi üçün şirkət N.Yerlitaşı geri qaytarıb. O, modelyerin bütün şərtlərini qəbul edərək onunla müqavilə bağlayıb.
Nur bununla bağlı jurnalistlərə "Masam üçün darıxmışam" deyib. Star TV-dəki layihəsi haqda "qismət deyilmiş" söyləyən modelyerin qarşıdakı günlərdə "İşte benim stilim"də görünəcəyi gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.