banner
banner

Sosİal

Bakı metrosunda biabırçılıq

Bakı metrosunda biabırçılıq

Bu gün səhər saatlarında Bakı metropolitenində qadınlar əlbəyaxa davaya çıxıblar.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə metronun "20 yanvar" stansiyasından "İnşaatçılar" stansiyasına gedən zaman baş verib.

Belə ki, "20 yanvar" stansiyasında qatara minərkən basabas düşüb. Basabas zamanı 30 yaşlı qadın 35 yaşlı qadını itəliyb. Qatarın qapıları bağlanan zaman isə ayağını tapdalayıb. 35 yaşlı qadın isə bunun müqabilində həmcinsini küçə söyüşü ilə söyüb.

Gözlənilmədən əxlaqsız kəlmə işlədən qadın digər sərnişinlərin qınağına səbəb olub.

Qatar "İnşaatçılar" stansiyasında dayanan zaman söyülən qadın həmcinsinin üzünə sillə ilə vurub. Bundan sonra hər iki qadın əlbəyaxa olublar.

Sərnişinlər onları ayırıblar. 35 yaşlı qadın xanıma yaraşmayan ifadələrini işlətməkdə davam edib. Sərnişinlərin köməyilə qadını qatardan düşürdüblər.

Digər dava iştirakçısı isə qatarla gedib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.