Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir.
Bu barədə Trend-ə "AzerPay" şirkətindən bildiriblər.Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.
"AzerPay" hesabını "Azərpoçt" MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.
AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.
Bundan başqa, "AzerPay" istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.