banner
banner

Gündəm

"Deyirlər ki, Günay Fazil Mustafanın sevgilisidir"

"Deyirlər ki, Günay Fazil Mustafanın sevgilisidir"

“İki-üç gün öncə ATV kanalının indiyədək baxmadığım bir verilişində tanımadığım insanlardan biri Türkiyə türkcəsində danışıb. Ona bəzi tanınmış şəxslər irad bildiriblər ki, xarici dildə danışdığına görə mütləq cəzalandırılmalıdır”.

Cia.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb. O, ATV-də yayımlanan "Bu stil mənim" verilişində Türkiyə türkcəsində danışdığı üçün qınaq obyektinə çevrilən model Günay Musayevadan bəhs edib:

“Bu məsləyə reaksiyam bələ olub ki, istənilən şəxs əcəb edib Azərbaycan televiziyasında türkcə danışır, siz də gedib Türkiyə televiziyasında Azərbaycan türkcəsində danışın, bir-birimizi rahatlıqla anlamağa alışaq. İndi İrandan yönləndirilən şəbəkə, informasiya mətni hazırlayıb və öz saytlarına tirajlayıb ki, bəs türkcə danışan həmin model Fazil Mustafanın sevgilisi olduğuna görə, onu müdafiə edib. Bu cür böhtanlara ara-sıra rast gəldiyimizə görə üzərində çox durmuram. Həm də 14 əsrdir o nəhənglikdə Peyğəmbərimizin (s.a.s.) dürüstlüyü Quran ayəsi ilə təsdiq olunmuş bilgə qadını Hz. Aişəni əxlaqsızlıqda təqsirləndirən bu siğədən doğulanlardan başqa bir şey də gözləmək doğru olmazdı”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.