banner
banner

Şou

Ancelina Coli övladlarından narahatdır

Ancelina Coli övladlarından narahatdır
Ancelina Coli uşaqlarının gələcəkdə onun peşəsini davam etdirməsini istəmir.
Bu yaxınlarda Ancelina Colinin uşaqları öz istedadını göstərdilər. Belə ki, aktrisanın uşaqları Paks, Zahara, Şeyla və Poks "Kunq-fu Panda-3" cizgi filminin səsləndirilməsində iştirak etdilər.
Publika.az xəbər verir ki, Coli uşaqlarının bu istedadından danışıb. Onun sözlərinə görə, cizgi filminin səsləndirilməsində bir ailə kimi işləmək ona böyük zövq verib. Ancelina Coli etiraf edib ki, uşaqları öz işinə məsuliyyətlə yanaşıb:
 
"Onlar öz işini mükəmməl səviyyədə görməyə çalışırdı. Ümumiyyətlə, bu proses çox şən keçdi. Onların bu işi ciddi qəbul etməsi təqdirəlayiqdir. Uşaqlar bu təklifi eşidəndə əvvəlcə razı olmaq istəmədilər, onlar işlərinin öhdəsindən layiqincə gələ bilməyəcəklərindən qorxurdular. Nəticədə, hər şey yaxşı alındı".
 
Maraqlıdır ki, aktrisa övladlarının gələcəkdə onun və həyat yoldaşının peşəsini davam etdirməsini istəmir:
 
"Ümid edirəm ki, bu baş verməyəcək. Biz onlara həmişə deyirik ki, siz aktyor olmaq istəsəniz də, əlavə peşəniz olmalıdır".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.