Xanəndə Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynalovdan şiddət görməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Cia.az musavat.com-a istinadən xəbər ki, bu məlumatlar əsassızdır: “Mənim şiddət gördüyümü kim deyir? Belə hadisə heç vaxt olmayıb. Hamısı şayiədir. Hər ailədə söz-söhbət olur. Heç kim deyə bilməz ki, onun ailəsində mübahisə düşmür. Kamildən heç vaxt şiddət görməmişəm. Hansı zəmanədə yaşayırıq? Mənim həyat yoldaşım mənə elə davranmaz. Biz bir-birimizi başa düşürük, fikirlərimiz hörmətlə yanaşırıq. Ailədə güzəştə getmək lazımdır”. Qeyd edək ki, Kamil-Gülay cütlüyü 2010-cu ilin noyabr ayında ailə qurub. Onların Sahilə adlı bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.