Təhsil Nazirliyi rüşvət alması ilə bağlı video yayılan məktəb direktorunu vəzifəsindən azad edib.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Hacıqabul rayon Talış kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad olunub”, - deyə nazirliyin cavabında bildirilir.
Xatırladaq ki, Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisənin rəhbəri ilə bağlı Publika.az-a müraciət etmişdi. Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilirdi.
Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video-materiallar da yaymışdılar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.