banner
banner

Sosİal

Yasamalda bu küçələr bağlanır - Sürücülərin diqqətinə

Yasamalda bu küçələr bağlanır -

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən küçənin həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinə fevralın 1-dən 2-nə keçən gecə məhdudiyyət qoyulacaq.

Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitəndən sonra bərpa ediləcək.

Qeyd edək ki, həmin hissədə aparılacaq təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunacaq, köhnə səki daşları da sökülərək, hər iki istiqamət üzrə yeni səki daşları düzüləcək. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.