Bir müddətdir xərçənglə mübarizə aparan müğənni Naşide Göktürkdən xəbər var.
Sənətçi səhhəti ilə bağlı son məlumatları “Facebook” səhifəsində yazıb. Bu gün yenidən xəstəxanaya yatırılan Naşide Göktürk istifadə etdiyi dərmanlar səbəbindən çətin günlər keçirdiyini qeyd edib: “Cavab çox, yazmaq isə çətindir... İstifadə etdiyim dərmanlar səbəbindən əllərim titrəyir. Ən sevdiyim işlərdən biri “puzzle” oyunudur. Amma indi bu zövqdən də məhrumam. Qan köçürmədən sonra kimyəvi terapiya alacağam. 22 illik müğənniyəm. Belə vəziyyətindən istifadə edənləri çox görmüşəm. Psixoloji halsızlıq, şüur bulanıqlığı hər şey var məndə... Allaha əmanət olun. Səhhətinizə diqqət edin!”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.