banner
banner

Şou

"...Tanrı özü layiqli cavabını verir" - Elza Seyidcahan

"...Tanrı özü layiqli cavabını verir" -
Hazırda həbsxanada olan köməkçisi Mehriban Bəylərqızının xalq artisti İlhamə Quliyeva haqqında yaydığı məktubda əməkdar artist Elza Seyidcahanla bağlı da bir sıra məqamlar yer alıb.  
Yazıda “Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi. Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə “Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam” sözləri qeyd olunub. 

E.Seyidcahan əməkdaşımızla söhbətində məsələ ilə bağlı bunları deyib:

“Yıxılana balta vurmazlar. Mən tək Allahın böyüklüyünə, varlığına inanmışam. Ona görə də mənim kimi zərif sülh quşuna hücum etmək istəyən nankör anakondalara tanrı özü layiqli cavabını verir. Allahın məhkəməsindən böyük, ədalətli, hökmlü ünvan yoxdur. Bizim demək istədiyimizi Allah hər zaman daha ötkəm və yerində deyir”.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.