“Ola bilər ki, verilişdə hər hansı nöqsan olsun. Bu təbiidir. Amma bu nöqsanları aradan qaldırmaq lazımdır”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı şəhər DYP-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov İTV-də yayımlanan “Evakuator” verilişinin “Azərbaycan” qəzeti tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib. V. Əsədov xatırladıb ki, verilişin bir çəkilişində onun da iştirak etdiyi kiçik bir süjet efirdə yayımlanıb: “Həmin süjetdə dayanma və durma qaydaları ilə bağlı təbliğat aparılıb. Orada əməkdar artist Səlim Abbasov dayanma və durmanı qadağan edən nişanın altında maşınını saxlamışdı. Biz də onun maşını müvəqqəti mühafizə olunan dayanacağa apardıq. Dayanma durma qaydaları ilə bağlı tanınmış şəxs cəzalandırılırsa, deməli, hər kəs cəzalandırılmalıdır. Tanınmış şəxslər sanki toxunulmaz olduqlarını düşünərək istədikləri kimi maşınlarını saxlayır. Həmin süjeti çəkməklə bir daha sübut etdik ki, qanun hər kəs üçündür. “Azərbaycan” qəzeti verilişin formatına uyğun olaraq nəyi tənqid edirsə, onu deyə bilmərəm. Ancaq mən iştirak etdiyim süjetdə qanun qarşısında hamının bərabər olduğunu göstərmişəm”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.