50-ci "Super Bowl" qarşılaşmasında möhtəşəm şou nümayiş etdirən müğənni Beyonsa əri Cey Zi tərəfindən sürpriz edilib. Reper xanımına çıxışından əvvəl 10 min ədəd qızılgüldən hazırlanmış gül buketi hədiyyə edib. Məhz bu güllərin sayəsində Beyonsun səhnədə möhtəşəm şou göstərdiyi deyilir. Qeyd edək ki, Beyons iyunun sonunda qastrola hazırlaşır. Avropa turnesinə çıxacaq müğənni Almaniya, İrlandiya, Hollandiya, İtaliya, Danimarka, Fransa, İsveçrə və Belçikada konsertlər verəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.