banner
banner

Sosİal

Şirvan sakini nazirlə görüşmək istəyir

Şirvan sakini nazirlə görüşmək istəyir

Şirvan rayon sakini Əliyeva Nərgiz Mirmehti qızı Daxili işlər naziri Ramil Usubovla görüşmək üçün “Qafqazinfo”ya müraciət edib.

N. Əliyeva bildirir ki, oğlu Əliyev Şəhriyar 2004- ci ildə Hacıqabul rayon polis şöbəsində serjant işləyib: “Amma rayonun polis rəisi dəyişdikdən sonra kadrlar şöbəsinin rəisi oğluma işləməyə imkan vermədi. 1 il 6 ay işlədikdən sonra oğlum bezərək ərizəsi ilə işdən çıxdı. O ABU-nun hüquq fakültəsini bitirib, 8 ildir ki , işsizdir. Bir neçə dəfə nazirlə görüşmək üçün müraciət etmişəm. Amma deyirlər ki, rayonda qəbula yazıl. Bu yolla görüşmək mümkün deyil. İnanıram ki, əgər Ramil Usubovla görüşmək üçün mənə imkan yaradılsa, problemimiz həll olunacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.