"Fəxri adları pulla və "day-day"ı hesabına alırlar"
Müğənni Nadir Qafarzadə fəxri adlarla bağlı qalmaqallı açıqlama edib. İfaçı xalq artisti Flora Kərimova ilə müğənni Elton Hüseynəliyevin “ATV maqazin onlarla” verilişindəki qalmaqalına fikir bildirib: “Didin, parçalayın bir-birinizi. Bu millət nə vaxt düzələcək? Allah bizə ağıl ver, özümüz-özümüzə düşmən kəsilmişik. Ona görə də bizi bir millət kimi heç kim qəbul etmir. Çünki... Çünkilər çoxdur, hansını deyim. Bizə başqa düşmən lazım deyil. İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələr də “yaxşı sənətkardır” deyirlər. Onlar da sənətlə məşğuldurlar? Özünüzü yormayın, Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi (Üzeyir Mehdizadə - red.). Bitdi... Ən çox dinlənilən, baxılan, bir nömrə Üzeyir. Xalq və əməkdar artist adları əməyə və sənətkarlığa görə verilmir. Kimin "day-dayı"sı, arxası, tapşıranı var ona verirlər. 70 faizi belə alıb. Adi tamaşaçı bilməsə də, biz bilirik. Röya isə buna layiqdir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.