“Varmısın yokmusun” yarışmasında tanış olub ailə quran Gizem Hatipoğlu ilə Hakan Hatipoğlu “Söylemezsem olmaz” verilişinin qonağı olublar. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə həyatından danışan cütlük niyə indiyədək uşaq sahibi olmadıqlarını açıqlayıb. Gizem hamının marağına səbəb olan suala “Karyerama görə istəmirik. Kanal D-də yeni verilişə başlayacağam” cavabını verib. Gizem,eyni zamanda eyni formatda veriliş aparan Evrim Akına rəqib olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, Gizem-Hakan cütlüyü 2011-ci ildə ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.