banner
banner

Gündəm

İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı - Məhkəmə qərarı

İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı -

Bu gün Səbail Rayon Məhkəməsində İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın məhkəmə prosesi keçirilib.

M.Hüseynovanın vəkili Vasif Mirzəyev açıqlamasında bildirib ki, müvəkkili barədə bundan öncə seçilən həbs qətimkan tədbirinin vaxtının uzadılması üçün prokurorluq tərəfindən vəsatət verilib.

Bu gün M.Hüseynova barəsində Səbail Rayon Məhkəməsinin bundan öncə seçdiyi seçdiyi həbs qətimkan tədbirinin müddəti bitib.

Məhkəmə prosesi hakim Aytən Əliyevanın sədrliyi ilə qapalı iclasda keçirilib.

Vəkil Vasif Mirzəyev həbsə etiraz edib və M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə vəsatət verib.
Məhkəmənin qərarı ilə müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməyib. Mehriban Hüseynova barəsində olan həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, İlhamə Quliyevanın şikayəti əsasında saxlanılan Mehriban Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.