banner
banner

Gündəm

İcra başçısının müavini olmaq üçün 170 min ödədi - Pulu alan komitə sədridir

İcra başçısının müavini olmaq üçün 170 min ödədi -

Azərbaycanda böyük səs-küy yaradacaq məhkəmə prosesi başlayır.

Cia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov məlumat yayıb. Vəkil bildirib ki, ölkədə icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb ondan 170 min dollar alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını aldadaraq alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”,-deyə vəkil Adəm Məmmədov qeyd edib.

Lakin Adəm Məmmədov konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.